image-1backend

14 milyon ödəyib, azərbaycanlı yarımmüdafiəçini TRANSFER ETDİLƏR

image-ads-728x90

“SKA-Xabarovsk”un əslən Azərbaycandan olan futbolçusu Sadıq Bağıyev Rusiyada komandasını dəyişib.

Korrekt.az xəbər verir ki, AFFA-nın da maraq dairəsində olan və millimizə potensial namizəd “Torpedo” ilə anlaşıb.

Həmyerlimiz Moskva təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb. Artıq keçid rəsmiləşib.

“Torpedo” Bağıyevə görə “SKA-Xabarovsk”a 14 milyon rubl (təxminən 300 min manat) təzminat ödəyib. 21 yaşlı yarımmüdafiəçi 2024-cü il sentyabr ayında “Kuban Holdinq”dən “SKA-Xabarovsk”a keçmişdi.
O, bundan əvvəl “Ekaterinodar” və “Spartak”da(Tambov) oynayıb.Sportinfo.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki