image-timthumbbackend

2030-cu il Dünya Kubokunda qeyri -adi format: 64 iştirakçı və 6 ev sahibi olacaq

image-ads-728x90

CONMEBOL prezidenti Alexandro Dominguez 2030-cu il Dünya Kubokunda misli görünməmiş 48 milli komandanın iştirak edəcəyini təsdiqlədi. Bu o deməkdir ki, FİFA ardıcıl ikinci dəfə turnirdə iştirakçıların sayını artıracaq.

Korrekt.az xəbər verir ki, turnir formatı tarixdə ən unikal olacağına söz verir. 2030-cu ildə Dünya Kubokunun 100 illiyi qeyd olunduğundan, açılış oyunları Cənubi Amerikada – Uruqvay, Argentina və Paraqvayda keçiriləcək. Digər bütün oyunlara İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək.
Dominqes sosial media hesabında paylaşdığı videoda bildirib: “Növbətisi evdə keçiriləcək. 2030-cu il Dünya Kuboku Uruqvay, Argentina və Paraqvayda keçiriləcək. Bu, futbol üçün Dünya Kubokunun 100 illiyini 64 komandanın iştirak etdiyi turnirlə qeyd etmək üçün əla fürsətdir”.
Diqqətəlayiq haldır ki, altı ev sahibi ölkənin hamısı – İspaniya, Portuqaliya, Mərakeş, Uruqvay, Paraqvay və Argentina avtomatik olaraq 2030-cu il Dünya Kubokuna vəsiqə qazanacaq və seçmə mərhələdə iştirak etməyəcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki