Fransa millisinin sabiq hücumçusu Tyeri Anri hesab edir ki, Barcelona heyətini gücləndirmək üçün klassik mərkəz hücumçusuna ehtiyac duyur.
Korrekt.az xəbər verir ki,o, “Sport” nəşrinə açıqlamasında bildirib ki, Kataloniya klubu Victor Osimen, Erling Haaland və ya Harry Kane kimi səviyyəli bombardir transfer etməlidir.
Anrinin sözlərinə görə, gənc ulduz Lamine Yamalın yaratdığı qol imkanlarını reallaşdırmaq üçün belə tip hücumçu vacibdir.
“Yamalın verdiyi bu cür ötürmələri qola çevirmək lazımdır. Komanda həddindən artıq qol imkanlarını boşa verir. Namizədi çempionluqdan uzaq salan məhz budur”, – deyə o vurğulayıb.





















