“The Independent” qəzetinin məlumatına görə, İngiltərə çempionu “Arsenal” dünya çempionu argentinalı hücumçu Julian Alvarez üçün “Atletiko Madrid”ə 105 milyon avro təklif edib. Danışıqlar tam sürətlə davam edir.
Korrekt.az xəbər verir ki, “Real Madrid” və “Barselona” oyunçunun xidmətlərində maraqlı idilər, lakin “Atletiko” rəhbərliyi birbaşa rəqiblərini gücləndirməmək qərarına gəldi. Fransa çempionu və Çempionlar Liqasının qalibi PSJ də Julian Alvaresi əldə etməkdə maraqlıdır.
“Transfermarkt” 26 yaşlı futbolçunu 100 milyon avroya qiymətləndirir. Onun “Atletiko” ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir.





















