image-1backend

“Atletiko Madrid”in direktoru: “Julian Alvarez bu yay komandadan ayrılmayacaq”

image-ads-728x90

“Atletiko”nun baş direktoru Migel Anxel Gil bildirib ki, İspaniya çempionu “Barselona”nın maraq dairəsinə baxmayaraq, “Atletiko Madrid” argentinalı hücumçusu Julian Alvaresi bu yay satmaq istəmir.

AS nəşrinin verdiyi məlumata görə, Migel Angel Gil “Klubun mövqeyi aydındır: Julian Alvarez bu yay komandadan ayrılmayacaq. Biz həmçinin oyunçunu, onun nümayəndələrini və “Barselona” prezidentini də bu barədə məlumatlandırmışıq”, – deyə bildirib.

“Atletiko Madrid” 26 yaşlı futbolçunu ötən yay “Mançester Siti”dən 75 milyon avroya transfer edib. O, ötən mövsüm Madrid komandasında 49 oyunda iştirak edib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki