Azərbaycan idmançıları beynəlxalq yarışlarda bayrağımızı şərəflə ucaldılarlar.
Korrekt.az xəbər verir ki, bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanov qeyd edib.
“Azərbaycan idmançıları beynəlxalq yarışlarda bayrağımızı şərəflə ucaldılarlar. Bu şərəfli yolda Azərbaycan kikboksçuları öz üzərlərinə düşən missiyanı uğurla yerinə yetirirlər. Keçən ilin statistikasına baxarsaq, Azərbaycan kikboksçularının uğurlarının nə qədər məhsuldar olduğu ortaya çıxır”. – Azər Aslanov əlavə edib.
A.Aslanov 2026-cı ildə federasiyasının məhsuldar nəticələr verəcəyinə inandığını bildirib.
“Federasiyada idmançılarımız arasında böyük ruk yüksəkliyi və əzm var. Bu olduğu müddətdə fəaliyyətimizin səmərəli olacağı şübhəsizdir. Üstəlik, ölkədə dövət səviyyəsində diqqət və qayğı idmançılarımız böyük mənəvi-psixooloji dəstəkdir”. -deyə Azər Aslanov bildirib.





















