İspaniya çempionatının 20-ci turunda çempion və lider “Barselona” səfərdə “Real Sosyedad”la üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Real Sosyedad”ın heyətində qolları ispan hücumçu Mikel Oyarzabal (32-ci dəqiqə) və portuqaliyalı forvard Qonzalo Guedeş (71-ci dəqiqə) vurub. Hans-Diter Flikin rəhbərlik etdiyi “Barselona”nın yeganə qoluna isə ingilis hücumçusu Markus Reşford 70-ci dəqiqədə imza atıb.
Bu nəticəyə baxmayaraq, “Barselona” 49 xalla turnir cədvəlinə başçılıq edir və ikinci pillədə qərarlaşan “Real Madrid”i 1 xal qabaqlayır. “Real Sosyedad” isə 24 xalla 8-ci yerdə qərarlaşıb.
İspaniya Çempionatı, 20-ci tur
Real Sosyedad – Barselona 2:1
Qollar: Mikel Oyarzabal (32), Qonzalo Guedeş (71) – Markus Reşford (70)
Ehtiyat oyunçu: Karlos Soler (“Real Sosyedad”), 88





















