image-1backend

“Barselona” “Real”ı qabaqladı: Bu futbolçunu fantastik qiymətə transfer etdi  

image-ads-728x90

AS xəbər verir ki, İspaniya çempionu “Barselona” dünya və Avropa çempionu İspaniya millisinin yarımmüdafiəçisi Rodrinin transferi üçün 60 milyon avro ödəməli olacaq.

Korrekt.az xəbər verir ki, 30 yaşlı futbolçunun vergilər çıxılmaqla ildə təxminən 30 milyon avro maaşla 4 illik müqavilə imzalaması gözlənilir.

Daha əvvəl Rodrinin Kataloniya klubu ilə maliyyə şərtləri ilə bağlı razılığa gəldiyi bildirilirdi.

Rodri 2019-cu ildən “Mançester Siti”də oynayır. O, İngiltərə klubuna 70 milyon avro müqabilində “Atletiko Madrid”dən keçib. Rodrinin İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyununda başa çatır.

Rodri 2026-cı il Dünya Kubokunun ən yaxşı oyunçusu seçilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki