Ziraat Türkiyə Kubokunun C qrupunda ilk turda “Beşiktaş” səfərdə “Fənərbaxça”nı 2:1 hesabı ilə məğlub edib.
Korrekt.az xəbər verir ki, qara-qartalların hər iki qolunu Vatslav Çerni vurub.
“Fənərbaxça”nın yeganə qolu isə Marko Asensionun VAR yoxlamasından sonra penaltidən dəqiq yerinə yetirdiyi zərbə ilə qeydə alınıb.
Bu məğlubiyyətlə “Fənərbaxça”nın 16 oyunluq məğlubiyyətsiz seriyası başa çatıb.





















