image-1backend

Bu məlumat YAYILDI: Arda Gülər NECƏ ALDADILIB?  

image-ads-728x90

İspaniyanın “Real Madrid” klubunun 2026/2027 mövsümü üçün futbolçulara ödədiyi həftəlik maaşlarla bağlı siyahı mətbuata sızdırılıb. Siyahıda komandanın ulduz futbolçularının qazancı ilə yanaşı, Türkiyə millisinin üzvü Arda Gülərin də həftəlik əməkhaqqısı yer alıb.

Korrekt.az xəbər verir ki, komandada ən yüksək maaş alan futbolçu fransalı hücumçu Kilian Mbappedir. O, həftəlik 600 min avro qazanır. Siyahıda ikinci pillədə həftədə 480 min avro maaş alan Vinisius Junior, üçüncü yerdə isə 400 min avro ilə Cud Bellinqem qərarlaşıb.

Türkiyə millisinin üzvü Arda Gülərin isə həftəlik maaşının 100 min avro olduğu bildirilir. İspaniya mətbuatında son dövrlər maaşı ilə bağlı müzakirələrə səbəb olan gənc yarımmüdafiəçinin bu göstərici ilə komandanın maaş cədvəlində aşağı-orta sıralarda yer aldığı qeyd edilir.

Türkiyə mediasının məlumatına görə əslində Arda Gülərin maaşı bundan bir neçə dəfə çoxdur. Lakin onun müqavilə bağlanarkən meneceri tərəfindən aldadıldığı yayılıb.

“Real Madrid” futbolçularının həftəlik maaşları:

Kilian Mbappe – 600 min avro
Vinisius Junior – 480 min avro
Cud Bellinqem – 400 min avro
Rodriqo – 320 min avro
Trent Aleksandr-Arnold – 320 min avro
İbrahima Konate – 320 min avro
Federiko Valverde – 320 min avro
Bernardo Silva – 308 min avro
Tibo Kurtua – 288 min avro
Antonio Rüdiger – 280 min avro
Eder Militao – 280 min avro
Orelyen Çuameni – 240 min avro
Eduardo Kamavinqa – 240 min avro
Ferlan Mendi – 200 min avro
Din Höysen – 180 min avro
Alvaro Karreras – 172 min avro
Franko Mastantuono – 140 min avro
Brahim Dias – 140 min avro
Raul Asensio – 120 min avro
Arda Gülər – 100 min avro
Andriy Lunin – 88 min avro
Endrik – 38 min avro
Qonzalo Qarsiya – 32 min avro
Fran Qonsales – 8 min avro



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki