İngiltərənin “Aston Villa” klubunun ispaniyalı baş məşqçisi Unay Emeri beşinci dəfə Avropa Liqasının qalibi olub və bu göstərici üzrə rekordçu olub.
Korrekt.az xəbər verir ki, İstanbulda keçirilən finalda “Aston Villa” “Frayburq”u 3-0 hesabı ilə məğlub edərək ilk dəfə Avropa Liqasının qalibi olub.
Emeri İspaniya təmsilçisi “Sevilya” ilə üç dəfə (2014, 2015, 2016) və bir dəfə “Vilyarreal”la (2021) Avropa Liqasının qalibi olub.





















