image-165585backend

Çempionlar Liqası: Bayern Real Madridi, Arsenal isə Sportinqi məğlub etdi 

image-ads-728x90

Çempionlar Liqasının 1/4 finalının ilk oyununda Almaniya çempionu “Bayern Münhen” İspaniyanın ikinci yeri tutan “Real Madrid” komandasını qəbul etdi və 2:1 hesabı ilə qalib gəldi .

Hesabı 41-ci dəqiqədə “Bavariya”nın kolumbiyalı hücumçusu Luis Diaz açıb.

46-cı dəqiqədə ingilis hücumçusu Harri Keyn qonaqların fərqini ikiqat artırdı.

74-cü dəqiqədə “Real Madrid”in fransız hücumçusu Kilian Mbappe fərqi azaldıb.

Günün digər matçında Portuqaliyanın “Sportinq” klubu İngiltərənin ikinci yeri tutan “Arsenal” komandasını qəbul etdi və 0:1 hesabı ilə məğlub oldu.

Alman hücumçu Kay Havertz əlavə olunmuş ilk dəqiqədə fərqlənib.

Bu cütlüklərin cavab oyunları aprelin 15-də keçiriləcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki