Ermənistan prezidenti Vahaqn Xaçaturyan rəsmi səfərlə Gürcüstana gəlib.
Tbilisi Beynəlxalq Hava Limanında prezidenti Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili, Gürcüstan Prezidentinin Administrasiyasının rəhbəri Ketevan Kvinikadze və Gürcüstanın Ermənistandakı səfiri Giorgi Şarvaşidze qarşılayıblar.

Səfəri zamanı Vahaqn Xaçaturyan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşəcək.





















