Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
Korrekt.az xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Dost və qardaş Azərbaycanımızın paytaxtı Bakının düşmən işğalından azad edilməsinin ildönümü münasibətilə təbriklərimi çatdırıram. Qafqaz İslam Ordusunun komandanı Nuru Killigil paşanı və onun qəhrəman əsgərlərini rəhmətlə yad edirəm”, – deyə Ərdoğan paylaşımında qeyd edib.





















