image-1backend

Trampın keçmiş müşaviri türkiyəli iş adamı ilə ailə qurur – Fotolar

image-ads-728x90

ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri və vəkili Alina Habba türkiyəli iş adamı Turhan Mildon ilə ailə həyatı qurur.

Korrekt.az  xəbər verir ki, bu həftəsonu Nyu-Yorkda baş tutacağı gözlənilən toy mərasimində Trampın da iştirak edə biləcəyi bildirilir.

42 yaşlı Habba 2021-2024-cü illərdə Trampın vəkili olub. ABŞ liderinin ikinci prezidentlik dövründə həm də onun müşaviri kimi fəaliyyət göstərən Habba daha sonra Nyu-Cersinin müvəqqəti federal baş prokuroru vəzifəsinə təyin olunduğu üçün müşavir vəzifəsindən istefa verib.

29 yaşlı Turhan Mildon isə ailə şirkəti olan “Miller Holding”in baş icraçı direktorudur. O həmçinin Türkiyənin “Çorum” futbol klubunun vitse-prezidenti vəzifəsini tutur.“Qafqazinfo”






image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki