image-1backend

“Ertuğrul” necə batırıldı? – Tarixin izi ilə…

image-ads-728x90

18 sentyabr 1890-cı il, Osmanlı dövlətinin “Ertuğrul” freqatı Yaponiya sahilləri yaxınlığında batır.

Gəmi 1863-cü ildə suya buraxıldı və Osmanlı dövlətinin banisi I Osmanın atası Ertoğrulun şərəfinə adlandırıldı. 79 m uzunluğu və 15,5 m eni olan freqat qısa hərbi xidmətdən sonra Haliç körfəzində lövbər saldı və illərlə burada qaldı.

1887-ci ildə Yaponiya imperator ailəsinin nümayəndəsi prins Akihito İstanbula gəldi. O, sultan II Əbdülhəmidə bir sıra hədiyyələr verdi, eləcə də ölkəsinin ali mükafatı olan Xrizantema ordeni ilə təltif etdi.

Sultan buna cavab olaraq Yaponiyaya nümayəndə göndərmək qərarına gəldi və bunun üçün “Ertuğrul” seçildi. Gəminin 1888-ci ildə əsaslı təmir olunmasına baxmayaraq, bəzi dənizçilər onun belə səfər üçün yararlı ola bilməyəcəyi ilə əlaqədar sultanı xəbərdar etsələr də faydası olması.

Göyərtəsində 607 nəfərin olduğu təxmin edilən (dəqiq məlum deyil) və Ali Osman paşanın komandanlıq etdiyi freqat 1889-cu ilin iyulun 14-də da İstanbuldan yola düşdü. Səfər insidentsiz ötüşmədi, gəmi səfərə başlamasından 12 gün sonra Süveyş kanalındakı Böyük Acı göldə təmirə dayandı və yoluna 2 ay sonra davam edə bildi. Sinqapura çatanda yenə təmirə dayandı. Nəhayət, 11 ay sonra 1890-cı ilin iyunun 7-də Yokohama limanına çatdı.

Ali Osman paşa imperator Meyci tərəfindən qəbul edildi. Paşa imperatora hədiyyələr və “İmtiyaz nişanı” verdi, imperator da paşanı “Yüksələn günəş ordeni” ilə təltif etdi.

Üç ay çəkən ziyarətdən sonra türklər Yaponiyadan ayrıldılar. Yaponların qasırğa ehtimalı xəbərdarlığına baxmayaraq “Ertuğrul” sentyabrın 15-də Yokohamadan ayrıldı və elə həmin günün axşamı getdikcə güclənən küləklə üzləşdi. Sonrakı günlər qasırğaya çevrilən küləyin gəmini Kusimoto adası sahillərindəki qayalara çırpması nəticəsində “Ertuğrul” batdı.

Gəminin heyətindən cəmi 69 nəfər xilas oldu. Onlara tibbi yardım göstərildi. Oktyabrda iki yapon gəmisinə mindirildilər və Türkiyəyə yola salındılar. Yanvarda İstanbula çatan gəmilərin heyəti ilə görüşən sultan II Əbdülhəmid onlara təşəkkür etdi.

“Ertuğrul” gəmisi türk-yapon dostluğunun simvolu sayılır.

Yadigar Sadıqlı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki