image-1backend

Fabreqas: “Real Madridin paltardəyişmə otağını idarə etmək baş məşqçi üçün ən çətin vəzifədir”

image-ads-728x90

Jurnalistin Xabi Alonso üçün “Real Madrid”in paltardəyişmə otağını nəzarətdə saxlamağın niyə bu qədər çətin olduğu ilə bağlı sualını cavablandıran “Komo” klubunun baş məşqçisi Sesk Fabreqas bu vəziyyətin səbəblərini izah edib.

Korrekt.az xəbər verir ki, DAZN-ə danışan Fabreqas bildirib ki, Madrid təmsilçisinin heyətində yalnız yüksək səviyyəli futbolçular yer alır və bu da baş məşqçi üçün ciddi çağırış yaradır.

“Real Madrid-in çox yaxşı oyunçuları var və onların hamısı oynamağa layiqdir. Hər biri meydanda olmalı olduğunu düşünür. Komandadakı bütün futbolçuların transfer dəyəri ən azı 50 milyon avrodur və hamısı öz milli komandalarının üzvləridir. Baş məşqçi üçün məhz belə bir vəziyyəti idarə etmək hər şeydən daha çətindir”, – deyə Fabreqas vurğulayıb.

Onun sözlərinə görə, ulduzlarla zəngin kollektivdə balansı qorumaq, oyun vaxtını düzgün bölüşdürmək və paltardəyişmə otağında harmoniyanı saxlamaq məşqçi üçün əsas sınaqlardan biridir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki