image-tedescoaa-2456920_2backend

“Fənərbaxça” Tedeskonu niyə qovdu?

image-ads-728x90

Türkiyənin “Fənərbaxça” klubu baş məşqçi Domeniko Tedesko ilə yollarını ayırıb.

Korrekt.az xəbər verir ki, klub rəhbərliyi Trendyol Super Liqasının 31-ci turunda “Qalatasaray”a 0:3 hesablı məğlubiyyətdən sonra bu qərarı verib. Bununla yanaşı, idman direktoru Devin Özek və futbol koordinatoru Berke Çələbi ilə də əməkdaşlığa son qoyulub.

Klubun yaydığı rəsmi açıqlamada bildirilib ki, Direktorlar Şurasının iclasında qəbul edilən qərara əsasən, Domeniko Tedesko və onun texniki heyəti ilə müqaviləyə xitam verilib.
Açıqlamada həmçinin qeyd olunub ki, komandanı mövsümün qalan üç həftəsində köməkçi məşqçi Zeki Murat Göle çalışdıracaq.

“Fənərbaxça” rəhbərliyi klub üçün göstərdikləri xidmətlərə görə Tedesko, Özek və Çələbiyə təşəkkür edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki