Korrekt.az xəbər verir ki, Türkiyənin Kayserispor klubu transfer üçün gətirdiyi Ronael Pierre-Gabrielin şəhərdən qaçdığı bildirilib.
Klubun yaydığı açıqlamada futbolçunun qaldığı oteldən qaçdığı qeyd olunub. Hazırda onun harada olduğu məlum deyil və klub məsələ ilə bağlı araşdırma aparır.
Bu hadisə Kayserispor üçün sürpriz olub və klub rəhbərliyi futbolçunun davranışını pisləyib.





















