Futbolçu Noa Lang icarə əsasında Galatasaray komandası ilə anlaşmaq üzrədir. Korrekt.az xəbər verir ki, Fabrizio Romanonun məlumatına görə, 26 yaşlı vinqer üçün klub 2 milyon avro ödəyəcək.
Bundan əlavə, Langın daimi transferi üçün Galatasarayın 30 milyon avro ödənişi lazım olacaq. Transfer razılaşması icarə ilə başlayacaq, lakin gələcəkdə futbolçunun daimi heyətə qatılması imkanı nəzərdən keçirilir.





















