image-1backend

İsmail Kartaldan gözlənilməz qərar – Fənərbaxçanın məşqinə gəlmədi

image-ads-728x90

“Fənərbaxça”da baş məşqçi İsmail Kartalla bağlı yeni xəbər yayılıb.

Korrekt.az xəbər verir ki, Yağız Sabuncuoğlunun məlumatına görə bu gün keçirilən məşqdə komandanın başında Dirk Kuyt və Zeki Göle yer alıb. İsmail Kartal isə məşq bazasına gəlməyib.

Bildirilib ki, təcrübəli mütəxəssis hazırda “Fənərbaxça”nı çalışdırmaqdan imtina edib.

Qeyd edək ki, İsmail Kartal dünən UEFA Çempionlar Liqasında “Roma” ilə keçirilən oyundan sonra istefa verdiyini açıqlayıb.

“Fənərbaxça” rəhbərliyinin bu gün İsmail Kartalla görüş keçirəcəyi gözlənilir. Görüşdə tərəflərin baş məşqçinin istefası və klubdakı gələcəyi ilə bağlı məsələləri müzakirə edəcəyi bildirilir.

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki