image-ismail-kartalaa-2469837_2backend

İsmayıl Kartal yenidən “Fənərbağça”da..

image-ads-728x90

Fənərbağça baş məşqçi İsmayıl Kartalın vəzifəsində qalacağını açıqlayıb.

Korrekt.az xəbər verir ki, klub UEFA Çempionlar Liqasında “Roma” ilə 1:1 hesablı heç-heçədən sonra istefa verdiyini açıqlayan İsmayıl Kartalla bağlı rəsmi açıqlama yayıb.

Klubun sosial media hesabında yayılan açıqlamada İsmayıl Kartalın vəzifəsinin başında olduğu bildirilib.

“Baş məşqçimiz cənab İsmayıl Kartal vəzifəsinin başındadır. Komandamız sabah saat 11:30-da baş məşqçimiz İsmayıl Kartalın rəhbərliyi altında məşqə çıxaraq “Qaziantep FK” ilə oyunun hazırlıqlarını davam etdirəcək”, – deyə açıqlamada qeyd olunub.

Beləliklə, Fənərbağça İsmayıl Kartalın istefa verdiyi barədə yayılan məlumatlara aydınlıq gətirib və təcrübəli mütəxəssisin komandaya rəhbərliyi davam etdirəcəyini təsdiqləyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki