Türkiyəli futbolçu Kenan Yıldız İtaliya klubu Juventus ilə danışıqlarda ildə minimum 6 milyon avro məvacib tələb edir. Korrekt.az xəbər verir ki, bu məlumatı La Gazzetta dello Sport yayıb.
Hazırda Turin təmsilçisində yalnız Jonathan David bu səviyyədə maaş alır.
20 yaşlı vinger həmçinin klubun hədəflərinin böyük olduğuna əmin olmaq istəyir.





















