Rusiyanın sabiq futbolçusu Aleksandr Kokorin sürücülük hüququndan mərhum edilib. Korrekt.az xəbər verir ki, 34 yaşlı hücumçu “VEB Arena” stadionu yaxınlığında iki qadını avtomobillə vurub.
Teleqram-kanal SHOT xəbər verir ki, Kokorinə məxsus “ВОР” nömrəli avtomobil Kususinen küçəsində piyada keçidindən keçən qadınları buraxmayaraq onların yanından yüksək sürətlə keçib. Avtomobil dayanmayaraq yoluna davam edib. Qayda pozuntusu süni intellektlə işləyən nəzarət kamerası tərəfindən qeydə alınıb.
Baş verən hadisəyə görə Aleksandr Kokorin cərimələnib.
Xatırladaq ki, 2018-ci ildə Kokorin qardaşı, Pavel Mamaev və Aleksandr Protasoviçki ilə birlikdə Moskva mərkəzində bir restoranda baş verən davada iştirak etmiş və məhkəmə onların hamısına real həbs cəzası vermişdi. 2019-cu ilin sentyabrında Kokorin və Mamaev şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmışdı.
2022-ci ilin yayından etibarən Aleksandr Kokorin Kiprin “Aris” klubunda çıxış edir.





















