image-1backend

Kral klubu 10 futbolçusunu transferə çıxardı

image-ads-728x90

Madrid klubu ardıcıl ikinci il kuboksuz qaldıqdan sonra heyətdə geniş dəyişikliklər etməyə hazırlaşır.

Korrekt.az xəbər verir ki, qapıçı Lunin satılacaq, klub isə Youth League qəhrəmanı Xavi Navarronu əsas komandaya gətirməyi planlaşdırır.

Müdafiədə Dani Karvaxal və David Alaba ilə müqavilə başa çatır. Antonio Rüdiger müqaviləsini bir il uzadıb. Sol cinah üçün Fran Qarsiyaya əvəzedici axtarılır, Mendi isə ağır zədədən sonra əməliyyat olunub və müqaviləsinin ləğvi mümkündür.

Yarımmüdafiədə isə Dani Sebalyos, Eduardo Kamavinga və Fede Valverde transfer siyahısına daxil edilib. Valverde Tçouameni ilə insidentdən sonra satışa çıxarılıb.

Hücumda Qonsalo Dünya Kubokundakı çıxışından sonra gözlənilən performansı göstərməyib. Vinisius Júniorun müqaviləsi 2027-ci ilin yayına qədərdir, yeni müqavilə danışıqları isə hələ başlamayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki