Korrekt.az xəbər verir ki, “Barselona”nın gənc futbolçusu Lamin Yamal oyunlara yanaşması ilə bağlı maraqlı fikirlər səsləndirib. ESPN-ə müsahibə verən istedadlı vinger bildirib ki, diqqətini yalnız futbola kökləmir və hər oyuna xüsusi planlarla çıxmır.
“Fikrimi təkcə futbola yönəltmirəm. Növbəti oyunda üz-üzə gələcəyim müdafiəçinin çıxışını əvvəlcədən izləmirəm. Sadəcə həzz almağa çalışıram. Meydanda olanda maksimum gücümü ortaya qoyuram. Meydanı tərk etdikdən sonra isə futboldan mümkün qədər uzaqlaşıram”, – deyə Lamin Yamal qeyd edib.
Gənc futbolçu vurğulayıb ki, bu yanaşma ona həm psixoloji rahatlıq verir, həm də meydanda daha sərbəst və özünəinamlı çıxış etməyə kömək edir.





















