image-images-1backend

Levandovski “Fənərbağça”ya transfer edilir 

image-ads-728x90

“Fənərbağça” prezidentliyinə namizəd olan türkiyəli iş adamı Hakan Safi dünya futbolunun tanınmış hücumçularından Robert Levandovskinin transferində maraqlıdır.

Korrekt.az xəbər verir ki, Polşa mətbuatının yaydığı məlumata görə, Hakan Safi 37 yaşlı forvardı İstanbul klubuna cəlb etmək üçün ona illik təxminən 20 milyon avro maaş təklif etməyə hazırdır.

Bildirilir ki, hazırda azad agent statusunda olan Robert Levandovski hələlik heç bir klubla rəsmi razılıq əldə etməyib. Bu isə “Fənərbağça”nın transfer üçün şanslarını qoruyub saxlayır.

Qeyd edək ki, karyerası ərzində Avropanın aparıcı klublarında çıxış edən Levandovski son illərdə yüksək məhsuldarlığı ilə diqqət çəkib və transfer bazarında ən çox maraq doğuran təcrübəli hücumçulardan biri olaraq qalır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki