Argentinalı futbol ulduzu Lionel Messi karyerasını başa vurduqdan sonrakı planları ilə bağlı açıqlama verib.
Korrekt.az xəbər verir ki, Messi bildirib ki, özünü baş məşqçi kimi təsəvvür etmir. Onun sözlərinə görə, menecer olmaq ideyası maraqlıdır, lakin seçim etmək məcburiyyətində qalsa, klub sahibi roluna üstünlük verər.
“Düzünü desəm, özümü baş məşqçi kimi görmürəm. Menecer olmaq ideyası xoşuma gəlir, amma seçim etməli olsaydım, klub sahibi olmağı seçərdim. Bu klub Argentinada olsa daha yaxşı olar. Klubu inkişaf etdirmək, lap aşağıdan başlayaraq gənc futbolçulara və digər insanlara imkanlar yaratmaq, eyni zamanda böyük uğurlar qazanmaq məni cəlb edir”, – deyə Messi vurğulayıb.
Qeyd edək ki, Lionel Messi hazırda fəal futbolçu karyerasını davam etdirir və gələcəkdə futbol dünyasında hansı rolu seçəcəyi böyük maraq doğurur.





















