Argentina millisinin və dünya futbolunun ulduzu Lionel Messinin 2027-ci ildə doğma klubu “Newell’s Old Boys”a qayıtması ehtimal olunur.
Korrekt.az xəbər verir ki, Rosario təmsilçisinin vitse-prezidenti Xuan Manuel Medina bu barədə açıqlama verərək bildirib ki, klub rəhbərliyi Messinin 2027-ci ilin ilk yarısında “Newell’s Old Boys”un heyətində çıxış etməsi üçün səylərini davam etdirir.
“Hələlik yalnız bunu deyə bilərəm. Bu layihə təkcə klub çərçivələri ilə məhdudlaşmır, Rosario şəhərini, bütün əyaləti və Argentina futbolunu əhatə edir”, – deyə Medina vurğulayıb.
Qeyd edək ki, Lionel Messi peşəkar karyerasına “Newell’s Old Boys”un akademiyasında başlayıb və klub azarkeşləri onun gələcəkdə doğma komandaya qayıdışını böyük ümidlə gözləyirlər.





















