İngiltərənin “Mançester Siti” klubu baş məşqçi Xosep Qvardiola ilə əməkdaşlığın gələcəyi ilə bağlı mövqeyini açıqlayıb.
Korrekt.az xəbər verir ki, idman mətbuatında yer alan məlumatlara görə, yaxın vaxtlarda klub rəhbərliyi ilə Qvardiola arasında görüş keçiriləcək və əməkdaşlığın davam etdirilib-etdirilməməsi məsələsinə aydınlıq gətiriləcək. Bildirilir ki, mütəxəssislə bağlı yekun qərar komandanın yaxın aylarda əldə edəcəyi nəticələrdən asılı olacaq.
Əgər Qvardiola 2025/26 mövsümü üçün klub rəhbərliyinin gözləntilərini doğrultmasa, mövsümün sonunda onunla yolların ayrılması istisna edilmir.
Mənbələrin məlumatına əsasən, “Mançester Siti” mümkün əvəzləyici variant üzərində də işləyir. Belə ki, klub artıq italiyalı mütəxəssis Enzo Mareska ilə əlaqə saxlayıb və Qvardiolanın yayda komandadan ayrılacağı təqdirdə onu əsas namizədlərdən biri kimi nəzərdən keçirir. Mareskanın da “Mançester Siti”nin baş məşqçisi postuna böyük maraq göstərdiyi və bu vəzifəni qəbul etməyə hazır olduğu qeyd olunur.





















