İngiltərə Premyer Liqasının 27-ci turunda “Mançester Yunayted” “Everton”u qəbul etdi və onları 1:0 hesabı ilə məğlub etdi.
Korrekt.az xəbər verir ki, sloveniyalı hücumçu Benjamin Sesko ingilis Maykl Kerrikin rəhbərlik etdiyi komandanın yeganə qolunu 71-ci dəqiqədə vurdu. “Mançester Yunayted” Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazandı və 48 xalla 4-cü yerdədir. “Everton” 37 xalla 9-cu yerdədir. İngiltərə Çempionatı, 27-ci tur “Everton” – “Mançester Yunayted”: 0:1 ( video ) Benjamin Sesko, 71





















