“Real Madrid”in hücumçusu Kilian Mbappe bu gün özəl təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcək.
Korrekt.az xəbər verir ki, fransalı futbolçunun yanvarın 11-də “Barselona”ya qarşı keçiriləcək İspaniya Superkubokunun final matçında meydana çıxmaq ehtimalı var.
Zədədən bərpa prosesini başa çatdıran Mbappe son günlər Madrid təmsilçisinin Valdebebas bazasında fərdi proqram üzrə çalışıb. Bildirilir ki, o, hər gün təxminən 4 saat məşq edib.
Qeyd edək ki, bu barədə məlumatı El Partidazo de COPE yayıb.





















