image-1766726772670573_y2jfyjmibackend

Məşhur futbolçu dostunun öldürülməsinə görə karyerasını BİTİRDİ

image-ads-728x90

Ekvadorlu futbolçu Felipe Kaysedo dostu futbolçu  Mario Pineydanın ölümünə görə  karyerasını bitirmək qərarına gəlib. Korrekt.az xəbər verir ki,  Pineyda 18 dekabrda baş verən atışmada həyatını itirib, onun həyat yoldaşı da xəstəxanada vəfat edib.

Kaysedo, müshibəsində bildirib: “Davam etmək niyyətində deyiləm. Mario Pineydanın ölümü mənə çox dərin təsir etdi və indi futbol haqqında heç nə bilmək istəmirəm. ‘Barselona’da qalmağa da qərar verməyəcəyəm. Mən indiki anda yaşayan insanam və buraya gəlmək qərarım ağlımla deyil, ürəyimlə idi,” – deyə bildirib.

37 yaşlı Kaysedo, 2025-ci ildən bəri Ekvadorun “Barselona” klubunun şərəfini qoruyur. Onun əvvəlki karyerası İsveçrənin “Bazel”, İngiltərənin “Mançester Siti”, Portuqaliyanın “Sportinq”, İspaniyanın “Malaqa”, “Levante” və “Espanyol”, İtaliyanın “Latsio”, “Genoa” və “İnter” klublarında keçib. Kaysedo, 2011-2014-cü illər arasında Moskva “Lokomotiv”ində də oynayıb, 52 oyunda iştirak edib və 11 qol vurub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki