“Yuventus”un baş məşqçisi Luçano Spalletti komandadakı zədə problemi ilə bağlı açıqlama verib.
Korrekt.az xəbər verir ki, italiyalı mütəxəssis hazırda komandanın 9 futbolçusunun zədəli olduğunu bildirib. Spallettinin sözlərinə görə, bu vəziyyət hər hansı xüsusi səbəbdən deyil, sadəcə bədbəxt hadisələrdən qaynaqlanır.
Baş məşqçi zədələrin komandanın yay turu ilə əlaqəli olması barədə iddiaları da rədd edib.
“Yuventus”un düşərgəsində yaranan zədə probleminə toxunan Spalletti bildirib ki, yay turu futbolçuların sıradan çıxmasına səbəb olmayıb və hazırkı vəziyyət təsadüfi zədələrlə bağlıdır.





















