image-1backend

Məşhur otel yandı: Ulduz futbolçu ağır xəsarət aldı

image-ads-728x90

İsveçrənin Crans-Montana kurortunda baş verən yanğın zamanı 19 yaşlı Metz futbolçusu Tahiris Dos Santos sevgilisini xilas etmək üçün yanmış binaya geri qayıdıb. Nəticədə, bədəninin təxminən 30%-i yanıb. Korrekt.az xəbər verir ki, hazırda Ştutqartdakı ixtisaslaşmış yanıq mərkəzində müalicə alan futbolçunun vəziyyəti ağır, lakin stabildir. O, huşundadır və öz-özünə nəfəs alır, bu isə həkimlər tərəfindən müsbət əlamət sayılır.

Yanğın Yeni il gecəsi Le Constellation barında baş verib, nəticədə 40 nəfər ölüb, 115 nəfər yaralanıb. Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır. Hadisənin səbəbləri araşdırılır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki