image-1backend

Messi zədələndi

image-ads-728x90

Amerika klubunun mətbuat xidmətinin məlumatına görə, “İnter Mayami”nin 38 yaşlı argentinalı hücumçusu Lionel Messi Ekvadorun “Barselona” komandası ilə yoldaşlıq oyununda (2:2) zədələnib. Messinin sol budunda əzələ gərilməsi var. Onun sağalması iki həftə çəkəcək.

Korrekt.az xəbər verir ki, Messinin “İnter Mayami” ilə müqaviləsi 2028-ci ilin dekabr ayına qədərdir.

“Transfermarkt” onun transfer dəyərini 15 milyon avro olaraq qiymətləndirir.

Messi ötən mövsüm 49 oyunda meydana çıxıb, 43 qol vurub və 26 məhsuldar ötürmə edib.

Kosta Rikada 14 fevralda keçirilməsi planlaşdırılan “İndependiente del Valle” ilə yoldaşlıq oyunu təxirə salınıb və 26 fevralda keçiriləcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki