image-1backend

Mijatoviç: ” Real Madridin aşkar lideri yoxdur”

image-ads-728x90

Real Madrid-in sabiq idman direktoru Predrag Mijatoviç, komandanın hazırkı vəziyyətini şərh edərək, Madrid klubunun qarşılaşdığı çətinliklərə diqqət çəkib.

Korrekt.az xəbər verir ki, Mijatoviç: “Real Madrid 3 gün ərzində həm 2 titulunu, həm də baş məşqçisini itirdi. Bu durumu dəyişmək yalnız futbolçuların özlərinin əlinə gəlir, nə yeni məşqçi, nə də prezident bu vəziyyəti dəyişə bilər. Başqa çıxış yolu yoxdur.”

O, komandanın liderliyini də dəyərləndirərək, “Köhnə qvardiya”nın təcrübəli oyunçuları Toni Kroos, Luka Modriç və ya Sergio Ramosun paltardəyişmə otağında olmasının vacibliyini vurğulayıb: “Əgər bu futbolçular hazırda komanda ilə olsa, gənc oyunçuları ətraflarına toplayıb vəziyyəti dəyişməyə çalışa bilərlər. Amma hazırkı Real Madridin aşkar lideri yoxdur. Əgər belə bir futbolçu tapılmasa, ciddi problemlər davam edəcək.”

Mijatoviçin sözlərinə görə, Real Madridin liderlik problemi, klubun gələcəkdəki uğurlarını və ümumi performansını təsir edə bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki