Korrekt.az xəbər verir ki, x.com/FabrizioRomano saytının məlumatına görə, İspaniyanın ikinci yeri tutan “Real Madrid” klubunun yeni baş məşqçisi Joze Mourinyo 31 yaşlı portuqaliyalı yarımmüdafiəçi Bernardo Silvanı “Kral klubu”nda görmək istəyir.
“Real Madrid” artıq iyulun 1-də azad agent olacaq Bernardo Silvaya rəsmi təklif göndərib. Onun “Mançester Siti” ilə müqaviləsi başa çatacaq. “Real Madrid” və Bernardo Silva iki illik müqavilə imzalayacaqlar.
Bernardo Silvanın xidmətlərində “Barselona” və “Atletiko Madrid” də maraqlı idi.





















