image-1backend

Neymar Braziliya millisindədən GETDİ 

image-ads-728x90

Braziliya millisinin ulduz futbolçusu Neymar milli komandadakı çıxışını başa vurduğunu açıqlayıb.

Korrekt.az xəbər verir ki, təcrübəli hücumçu bildirib ki, Braziliya yığmasındakı hekayəsi artıq sona çatıb. Neymar milli forma ilə keçirdiyi illərdən qürur duyduğunu və komanda üçün hər zaman mübarizə apardığını vurğulayıb.

“Milli komandadakı hekayəm bitdi, sona çatdı. Orada tarix yazdım, çox xoşbəxt oldum və çox şey yaşadım. Bu forma uğrunda qanımı, canımı qoydum. Həmişə sarı formanı qorumaq və Braziliyanı layiqincə təmsil etmək üçün mübarizə apardım. Amma düşünürəm ki, artıq davam etmək istəmirəm”, – deyə Neymar bildirib.

Qeyd edək ki, Neymar uzun illər Braziliya millisinin əsas simalarından biri olub. O, yığmanın heyətində çoxsaylı rekordlara imza atıb və ölkə futbolunun son dövründə ən önəmli oyunçulardan biri hesab olunur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki