image-1backend

Pelenin forması 4,88 milyon dollara satıldı

image-ads-728x90

Sotheby’s veb saytının verdiyi məlumata görə, əfsanəvi braziliyalı futbolçu Pelenin 1958-ci il Dünya Kubokunun finalında geyindiyi forma hərracda 4,88 milyon dollara satılıb.

1958-ci il Dünya Kubokunun finalında Braziliya İsveçi 5-2 hesabı ilə məğlub etdi və 17 yaşlı Pele 2 qol vurdu.

Hərrac 29 iyunda başlayıb və 16 iyulda başa çatıb.

Ən bahalı forma 2022-ci ildə hərracda 9,28 milyon dollara satılan argentinalı Dieqo Maradonanın 1986-cı il Dünya Kubokunun finalında geyindiyi formadır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki