image-1backend

Penalti qaytardı, 8 seyv etdi, ÇL-də “11”liyə yüksəldi – “Qarabağ”ın Koxalskisi

image-ads-728x90
“Qarabağ”ın qapıçısı Mateuş Koxalski (Matthew Kochalski) bu mövsüm komandasının ən uğurlu oyunçularından biridir.
 24 yaşlı polşalı futbolçu dünən gecə Çempionlar Liqasında “Napoli”yə qarşı səfər matçında (0:2) da inamlı oyunu ilə fərqlənib. O, 56-cı dəqiqədə Rasmus Heylunun vurduğu penaltini qaytara bilib. Ümumən isə Koxalsli “Napoli” ilə görüşdə düz 8 dəfə seyv edib.
Bu əla göstərici sayəsində Mateus UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki seyvlərinin sayını 17-ə çatdırıb. Bu nəticə ilə o, yarışda ən çox seyv qapıçıları siyahısında 11-ci yürə yüksəlib.
UEFA-nın statistik hesabatına əsasən ilk 11-lik isə belədir:
1. Nikita Haykin (“Bodo”/“Glimt”) – 31 seyv
2. Xeronimo Rulyi (“Olimpik”) – 29
3. Tibo Kurtua (“Real”) – 22
4. Nik Poup (“Nyukasl”) – 21
5. Neofitos Mixail (“Pafos”) – 20
6. Marko Karnesekki (“Atalanta”) – 18
7. Mark Flekken (“Bayer”) – 18
8. Nordin Yakers (“Brügge”) – 18
9. Vanya-Milinkoviç Saviç (“Napoli”) – 18
10. Anatoli Trubin (“Benfika”) – 18
11. Mateuş Koxalski (“Qarabağ”) – 17


image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki