image-1backend

Pep Qvardiola: Artıq çəki almış oyunçular oyuna buraxılmayacaq

image-ads-728x90

Mançester Sitinin baş məşqçisi Pep Qvardiola Milad tətilində artıq çəki toplamış oyunçuların komandada oynamasına icazə verilməyəcəyini açıqlayıb. Korrekt.az xəbər verir ki, bu barədə Daily Mail xəbər yayıb.

Qvardiola bildirib ki, oyunçular üç günlük tətilindən qayıtdıqdan sonra ilk növbədə fiziki hazırlıqları yoxlanılacaq. Baş məşqçinin sözlərinə görə, oyunçular tətil zamanı istədiklərini yeyə bilərlər, amma onların çəkisinə nəzarət olunacaq:

“Onlar istədiklərini yeyə bilərlər, amma mən onlara nəzarət etməliyəm”.

Menecer əlavə edib ki, hazırda bütün oyunçular ideal fiziki vəziyyətdədir və tətilə də bu vəziyyətdə gedəcəklər. Lakin tətildən qayıtdıqdan sonra 3 kq və daha artıq çəki toplayan oyunçular Mançesterdə qalacaq və 27 dekabrda keçiriləcək səfər matçında iştirak etməyəcəklər.

Qeyd edək ki, Mançester Siti hazırda İngiltərə Premyer Liqasında 37 xalla üçüncü yerdə qərarlaşıb və Londonun Arsenal klubundan cəmi iki xal geri qalır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki