image-1backend

PSJ Osimhen üçün yenidən hərəkətə keçə bilər

image-ads-728x90

PSJ-nin “Qalatasaray”ın ulduz hücumçusu Viktor Osimhenə marağı davam edir.

Korrekt.az xəbər verir ki, Fransa mətbuatının məlumatına görə, Paris klubu 27 yaşlı forvardı transfer siyahısından çıxarmayıb. PSJ yay transfer pəncərəsində hücum xəttində dəyişikliklər baş verəcəyi təqdirdə Osimhen üçün yenidən hərəkətə keçə bilər.

“Qalatasaray” isə nigeriyalı hücumçunu komandadan göndərmək niyyətində deyil. Osimhenin İstanbul təmsilçisi ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki