Türkiyənin Qalatasaray klubu transfer bazarında diqqətini yeni hücumçuya yönəldib. Sarı-qırmızılıların əsas hədəfinin hazırda Napoli ilə müqaviləsi olan və mövsümün sonunda ayrılmağa hazırlaşan Romelu Lukaku olduğu bildirilir. Korrekt.az xəbər verir ki, 33 yaşlı belçikalı forvardın illik qazancının təxminən 8 milyon avro olduğu qeyd olunur.
İtaliya mətbuatının yaydığı məlumata görə, AC Milan da təcrübəli hücumçunu heyətinə qatmaq istəyir. Lakin Napoli rəhbərliyinin oyunçunu birbaşa yerli rəqibə satmağa isti yanaşmadığı iddia edilir. Bu vəziyyət isə Lukaku üçün Türkiyə variantını daha real edir.
Eyni zamanda, transfer uğrunda rəqabət kifayət qədər güclüdür. Belə ki, Fənərbaxça və Beşiktaş klublarının da belçikalı hücumçunu transfer etmək üçün təşəbbüs göstərdiyi bildirilir.
Yaxın günlərdə Lukakunun gələcəyi ilə bağlı daha konkret qərarın veriləcəyi gözlənilir.





















