Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Neftçi” – “Qarabağ” oyunu başa çatıb.
Korrekt.az xəbər verir ki, “Palms Sports Arena”da təşkil olunan görüş Ağdam klubunun 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların heyətində Musa Qurbanlı (2 qol), Montiel, Leandro Andrade və Emmanuel Addai fərqləniblər. Bakı təmsilçisinin yeganə qoluna müdafiəçi Elvin Bədəlov imza atıb.
Xallarını 59-a çatdıran “Qarabağ” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Neftçi” isə 44 xalla beşincidir.





















