Fransa millisinin qapıçısı Lukas Şevalye yığmanın tarixinə antirekordla düşüb.
Korrekt.az xəbər verir ki, PSJ-nin qolkiperi üçün DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycanla oyunu (1:3) “xoruzlar”ın heyətindəki debütü kimi əlamətdar olub. Lakin futbolçularımız onun siftəsini korlayıblar.
Renat Dadaşov 4-cü dəqiqədə Lukasın qapısına yol tapıb. Bununla Şevalye Fransa futbol tarixinə düşüb. “Stats du Foot”un məlumatına görə, o, Fransa millisinin debütündə ən sürətli qol quraxan qapıçı olub. Lukas 90 il əvvəl – 1935-ci ilin fevralında Renye Lyense tərəfindən qeydə alınan antirekordu yeniləyib.publika.az





















