“Qarabağ” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Şamaxı”ya məğlub olub.
Korrekt.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən oyunda meydan sahibləri 2:1 hesablı qələbə qazanıb. “Şamaxı”nın heyətində 26 və 41-ci dəqiqələrdə Karim Rossi , “Qarabağ”dan isə Abdullah Zubir 76-cı dəqiqədə fərqlənib.
Komandalar arasında cavab görüşü martın əvvəlində baş tutacaq.




















