image-1backend

Sergen Yalçın : Rafa Silva vaxtını öldürür

image-ads-728x90

Beşiktaş klubunun baş məşqçisi Sergen Yalçın portuqaliyalı futbolçu Rafa Silva ilə bağlı fikirlərini açıqlayıb.Korrekt.az xəbər verir ki,  Yalçın bildirib ki, Silva məşqlərdə iştirak etsə də, əslində çalışmır:

“Siz Rafa Silva’nın məşq etdiyini zənn edirsiniz. Amma o məşq etmir. Sadəcə müqaviləsinin tələbi olduğu üçün məşqlərdə iştirak edir. Məşq performansı 10 üzərindən sıfırdır. Təxminən 1,5–2 aydır məşq etmir. Buna görə də onun oynaması risklidir”.

Baş məşqçi əlavə edib ki, Silva komandası üçün vacib və dəyərli oyunçudur:

“Bəli, Rafa Silva vacib bir futbolçudur. Komandamızın ən bahalı, ən dəyərli oyunçusudur. Amma mənə faydası yoxdursa, mən o futbolçunu neynəyim?”

Yalçının sözləri portuqaliyalı futbolçunun Beşiktaş üçün hazırki vəziyyətinə dair ciddi narahatlıq yaratdığını göstərir və onun növbəti oyunlarda iştirakının şübhə altında olduğunu ortaya qoyur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki