image-images-4backend

Skaloni: “Yamal İspaniyaya hələ çox sevinc yaşadacaq, amma ümid edirəm ki, DÇ-2026 finalında yox”

image-ads-728x90

Argentina millisinin baş məşqçisi Lionel Skaloni İspaniya yığmasının gənc ulduzu Lamin Yamal barədə yüksək fikirlər səsləndirib.

Korrekt.az xəbər verir ki, təcrübəli mütəxəssis bildirib ki, 18 yaşlı futbolçu dünya futbolunun ən böyük istedadlarından biridir və gələcəkdə İspaniya millisinə çox uğurlar qazandıracaq.
“Yamal futbol üçün əsl xəzinədir. O, İspaniyaya hələ çox sevinc gətirəcək. Amma ümid edirəm ki, bu, 2026-cı il dünya çempionatının finalında olmayacaq”, – deyə Skaloni zarafatla qeyd edib.
Argentina millisinin baş məşqçisi Yamalın təhlükəli futbolçu olduğunu vurğulayaraq, onu meydandan kənarda saxlamağın ən yaxşı çıxış yolu olacağını bildirib.
“Əlbəttə, Lamini hotel otağında saxlayıb meydana buraxmamaq istərdik. Onun və Messi kimi futbolçulara qarşı oynamaq həmişə çox çətindir”, – deyə Skaloni əlavə edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki