“Təbəssüm Yarat” layihəsi çərçivəsində növbəti xeyriyyə səfəri Cəlilabad rayonunun dağ kəndi olan Çinar kəndinə təşkil edilmişdir. Səfər zamanı 40 uşağa isti gödəkcə, ayaqqabı, papaq, əlcək, şarf, məktəbli çantası, məktəb ləvazimatları və Yeni il hədiyyələri təqdim olunmuşdur.
Layihənin əsas məqsədi kənd məktəblilərinin sosial rifahının yaxşılaşdırılması və uşaqların sevindirilməsidir.





















